Fəth surəsi 48:29 الفتح
Bu, Fəth surəsinin 29 ayəsindən 29 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4612 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 515.
مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا
Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
48:29 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 48:29
Al-Mukhtasar
Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olan səhabələri İslamın əleyhinə vuruşan kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər - bir-birilərinə rəhm edir və bir-birilərinə məhəbbət bəsləyirlər. Ey müşahidə edən kəs! Sən onları pak və müqəddəs Allahın qarşısında rüku edən və səcdəyə qapanan, Allahdan özlərinə məğfirət və gözəl mükafat istəyən, üstəlik, Allahın onlardan razılıq qalmasını diləyən görərsən. Səcdə etdiklərindən dolayı üzlərində əmələ gəlmiş əlamətləri isə üzlərində görünən hidayət, doğruluq və bir də namazın nurudur. Bu vəsf onların Tövratda - Musaya -əleyhissalam- nazil olmuş kitabda olan vəsfidir. İncildə - İsaya -əleyhissalam- nazil olmuş kitabda isə onlar bir-birinə dəstək verməkdə və kamil əxlaq sahibi olmaqda elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq öz qüvvəsi və kamilliyi ilə əkinçiləri heyran etmişdir. Allah kafirləri qəzəbləndirmək üçün möminləri qüvvətləndirir, bir-birləri ilə mehriban edir və onları kamilliyə çatdırır. Allah səhabələrdən iman gətirib yaxşı işlər görənlərə günahlarının bağışlanmasını, buna görə cəzalandırılmayacaqlarını, üstəlik də, Öz tərəfindən böyük bir mükafat - Cənnət vəd etmişdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 54
- Mədinə müshəfi (604 səhifə)
- 515
- İndoPak müshəfi (610 səhifə)
- 515
- Nəsx müshəfi (612 səhifə)
- 516
Ayə 48:29 hansı surədədir?
Fəth surəsi (الفتح). Surə 48 / 114 · 29 ayə.
Ayə 48:29 hansı cüzdədir?
Cüz: 26.
Ayə 48:29 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 515 · İndoPak müshəfi (610 səhifə): 515 · Nəsx müshəfi (612 səhifə): 516.
Ayə 48:29 neçə sözdən ibarətdir?
Söz sayı: 54.
Ayə 48:29 neçə ərəb hərfindən ibarətdir?
Ayə 48:29: 248 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 48:29 Quranda harada yerləşir?
Ayə 48:29 Quranın 6,236 ayəsindən 4,612 nömrəlisidir.
Fəth surəsi neçə ayədir?
Fəth surəsi 29 ayədən ibarətdir. Quranda 114 surədən 48 nömrəlisidir.
Fəth surəsi Məkki, yoxsa Mədəni surədir?
Fəth surəsi Mədəni kimi təsnif olunur.
Ayə 48:29 dinlənilə bilərmi?
Bəli. Ayə 48:29 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Fəth surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 29 ayə və 560 söz, həmin mətndən yaradılır.