Maidə surəsi 5:89 المائدة
Bu, Maidə surəsinin 120 ayəsindən 89 nömrəli ayəsidir, Quranda 6236 ayədən 758 nömrəlidir, cüz 7. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 122.
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
Allah sizi, qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz, lakin O sizi, qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on miskin yedirtmək, yaxud (on miskin) geyindirmək, yaxud da bir kölə azad etməkdir. (Bunları) tapmayan kəs üç gün (ardıcıl) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə şükür edəsiniz.
5:89 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 5:89
Al-Mukhtasar
Ey Möminlər! Allah sizi qəsdiniz olmadan dilinizdən çıxan andlara görə hesaba çəkməz, lakin O, sizi qəsdlə qəlbinizdən gələn içdiyiniz andı pozduğunuza görə hesaba çəkəcəkdir. Qəsdən and içdikdən sonra andınızı pozsanız, üç şeydən istədiyiniz hər hansı birin etməklə pozduğunuz andın günahını yuyua bilərsiniz, bunlar: yaşadığınız yerdə insanların yediyi orta hesabı dəyərində hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirmək yaxud insanların adətində paltar adlanan geyimlə onları geyindirmək və yaxud da bir mömin qul azad etməkdir. Andını pozmuş şəxs kəffarə vermək üçün bu üç şeydən hər hansı birini tapmazsa, o zaman həmin şəxs onun əvəzinə üç gün oruc tutmalıdır. Ey Möminlər! Bu, Allaha and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Yalandan və çox sayda Allaha and içməkdən çəkinərək andlarınızı qoruyun, andı xeyir səbəbdən pozmaq istisna olmaqla, içdiyiniz anda vəfalı olun, xeyir işlər görün və andlarınızın kəffarəsini verin! Allah sizə andın kəffarəsini bəyan etdiyi kimi, Öz halal və haram hökmlərini də sizə bu cür bəyan edir ki, bilmədiklərinizi sizə öyrətdiyi üçün bəlkə Allaha şükr edəsiniz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 7
- Söz sayı
- 45
- Mədinə müshəfi (604 səhifə)
- 122
- İndoPak müshəfi (610 səhifə)
- 122
- Nəsx müshəfi (612 səhifə)
- 123
Ayə 5:89 hansı surədədir?
Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.
Ayə 5:89 hansı cüzdədir?
Cüz: 7.
Ayə 5:89 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 122 · İndoPak müshəfi (610 səhifə): 122 · Nəsx müshəfi (612 səhifə): 123.
Ayə 5:89 neçə sözdən ibarətdir?
Söz sayı: 45.
Ayə 5:89 neçə ərəb hərfindən ibarətdir?
Ayə 5:89: 197 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 5:89 Quranda harada yerləşir?
Ayə 5:89 Quranın 6,236 ayəsindən 758 nömrəlisidir.
Maidə surəsi neçə ayədir?
Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.
Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?
Maidə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 5:89 dinlənilə bilərmi?
Bəli. Ayə 5:89 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.