Mümtəhinə surəsi 60:10 الممتحنة
Bu, Mümtəhinə surəsinin 13 ayəsindən 10 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5160 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 550.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanını daha yaxşı bilir. Əgər o qadınların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə) halaldır, nə də onlar (o kafirlər) bunlara (bu qadınlara) halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdiklərini (mehri) özlərinə (kafir ərlərinə) qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Ey Möminlər! İslama gəldikdən sonra mürtəd olan qadınlara) verdiyiniz mehri (onların kafir ərlərindən) tələb edin. (Kafirlər də İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri qoy (sizdən) tələb etsinlər. Bu, Allahın hökmüdür. O sizin aranızda hökm verir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
60:10 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 60:10
Al-Mukhtasar
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mömin qadınlar kafir diyarından hicrət edib sizin yanınıza - İslam diyarına gəldikləri zaman onları imanlarının doğru olub-olmaması xüsusunda imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Onların qəlbinin ört-basdır etdiyi şey Ondan gizli qalmaz. Əgər bu imtahandan sonra o qadınların imanlarında sadiq olduqları sizə bəlli olsa, onları kafir ərlərinə qaytarmayın. Nə mömin qadınların kafirlərə ərə getməsi, nə də kafirlərin mömin qadınlarla evlənməsi halaldır. Bu qadınların ərlərinin onlara xərclədikləri mehri özlərinə qaytarın. Ey möminlər! Həmin qadınların iddə müddəti başa çatdıqdan sonra, mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kimin də qadını kafirdirsə və ya İslamdan dönmüşdürsə, qoy onu kəbini altında saxlamasın. Çünki mürtəd olmaq kəbini pozan amillərdən biridir. Siz kafirlərdən dindən dönmüş zövcələrinizə sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da İslamı qəbul etmiş zövcələrinə sərf etdikləri mehri sizdən tələb etsinlər. Bu deyilənlər, - sizin onlara, onların da sizə mehri qaytarması, - Allahın hökmüdür. Pak və müqəddəs Allah istədiyi kimi sizin aranızda hökm verir. Allah Öz qullarının halını və onların əməllərini bilir. Heç bir şey Ona gizli qalmaz və O, Öz qulları üçün qoyduğu şəri qanunlarında hikmət sahibidir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 55
- Mədinə müshəfi (604 səhifə)
- 550
- İndoPak müshəfi (610 səhifə)
- 550
- Nəsx müshəfi (612 səhifə)
- 551
Ayə 60:10 hansı surədədir?
Mümtəhinə surəsi (الممتحنة). Surə 60 / 114 · 13 ayə.
Ayə 60:10 hansı cüzdədir?
Cüz: 28.
Ayə 60:10 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 550 · İndoPak müshəfi (610 səhifə): 550 · Nəsx müshəfi (612 səhifə): 551.
Ayə 60:10 neçə sözdən ibarətdir?
Söz sayı: 55.
Ayə 60:10 neçə ərəb hərfindən ibarətdir?
Ayə 60:10: 254 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 60:10 Quranda harada yerləşir?
Ayə 60:10 Quranın 6,236 ayəsindən 5,160 nömrəlisidir.
Mümtəhinə surəsi neçə ayədir?
Mümtəhinə surəsi 13 ayədən ibarətdir. Quranda 114 surədən 60 nömrəlisidir.
Mümtəhinə surəsi Məkki, yoxsa Mədəni surədir?
Mümtəhinə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 60:10 dinlənilə bilərmi?
Bəli. Ayə 60:10 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Mümtəhinə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 13 ayə və 348 söz, həmin mətndən yaradılır.