Məzmuna keç

Ali-İmran surəsi 3:154 آل عمران

Bu, Ali-İmran surəsinin 200 ayəsindən 154 nömrəli ayəsidir, Quranda 6236 ayədən 447 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 70.

ثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapılıb: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyirdi. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz qəlblərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah qəlblərdə olanları biləndir”.

3:154 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ali-İmran surəsi
0/200
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ali-İmran 3:154 0:00 0:00 Oxundu, davam et

Təfsir · 3:154

Al-Mukhtasar

Sonra bu iztirab və kədərin ardınca Allah sizə bir rahatlıq və inam nazil etdi. Sizdən bir qisminizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz canlarının salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah barəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsaydı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün işlər Allaha aiddir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sənə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bizim bir rəyimiz olsaydı, elə bu yerdə öldürülməzdik"– deyirlər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evlərinizdə olsaydınız, sizlərdən öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sınamaq və qəlblərinizdəki imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey gizli qalmaz".

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
4
Söz sayı
75
Mədinə müshəfi (604 səhifə)
70
İndoPak müshəfi (610 səhifə)
70
Nəsx müshəfi (612 səhifə)
71
Ayə 3:154 hansı surədədir?

Ali-İmran surəsi (آل عمران). Surə 3 / 114 · 200 ayə.

Ayə 3:154 hansı cüzdədir?

Cüz: 4.

Ayə 3:154 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 70 · İndoPak müshəfi (610 səhifə): 70 · Nəsx müshəfi (612 səhifə): 71.

Ayə 3:154 neçə sözdən ibarətdir?

Söz sayı: 75.

Ayə 3:154 neçə ərəb hərfindən ibarətdir?

Ayə 3:154: 289 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 3:154 Quranda harada yerləşir?

Ayə 3:154 Quranın 6,236 ayəsindən 447 nömrəlisidir.

Ali-İmran surəsi neçə ayədir?

Ali-İmran surəsi 200 ayədən ibarətdir. Quranda 114 surədən 3 nömrəlisidir.

Ali-İmran surəsi Məkki, yoxsa Mədəni surədir?

Ali-İmran surəsi Mədəni kimi təsnif olunur.

Ayə 3:154 dinlənilə bilərmi?

Bəli. Ayə 3:154 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ali-İmran surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 200 ayə və 3,481 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play