Məzmuna keç

Yusif surəsi 12:76 يوسف

Bu, Yusif surəsinin 111 ayəsindən 76 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1672 nömrəlidir, cüz 13. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 244.

فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ

(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, hökmdarın qanunlarına görə, o, qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər bir bilik sahibindən də daha üstün bir bilən vardır.

12:76 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Yusif surəsi
0/111
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Yusif 12:76 0:00 0:00 Oxundu, davam et

Təfsir · 12:76

Al-Mukhtasar

Carçı və onunla birgə gələn yoldaşları qardaşların yüklərini yoxlamaq üçün onları Yusifin yanına gətirdilər. Yusif etdiyi hiyləni qardaşları anlamasınlar deyə, doğma qardaşının yükünü yoxlamazdan əvvəl ögey qardaşlarının yüklərini yoxlamağa başladı, doğma qardaşının yükünü yoxladıqda, isə hökmdarın piyaləsini qardaşının yükündən çıxartdı. Biz Yusifə piyaləni doğma qardaşının yükünün arasına qoymağı öyrətdiyimiz kimi, Misir diyarında Misir qanunları ilə deyil, əksinə, qardaşlarının yaşadıqları yerin hömkü ilə hökm verib, doğma qardaşını kölə götürməsini də ona öyrətdik. Əgər Yusif burada hökmdarın qanunları ilə hökm vermiş olsaydı, doğma qardaşını, Allahın istəyi istisna olmaqla, əsla kölə götürə bilməzdi, çünki hökmdarın qanunlarına əsasən, oğrunun cəzası döyülmək və cərimə ödəmək idi. Bu yalnız Allahın istəyi ilə oldu. O hər şeyə qadirdir. Biz Yusifin dərəcəsini yüksək məqamlara qaldırdığımız kimi, qullarımızdan istədiyimiz kəmsələrin də dərəcələrini yüksək məqamlara qaldırırıq. Hər bir bilik sahibindən daha çox bilən vardır. Bütün bilik sahiblərinin üzərində isə hər bir şeyi bilən Allahın elmi vardır.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
13
Söz sayı
33
Mədinə müshəfi (604 səhifə)
244
İndoPak müshəfi (610 səhifə)
244
Nəsx müshəfi (612 səhifə)
245
Ayə 12:76 hansı surədədir?

Yusif surəsi (يوسف). Surə 12 / 114 · 111 ayə.

Ayə 12:76 hansı cüzdədir?

Cüz: 13.

Ayə 12:76 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 244 · İndoPak müshəfi (610 səhifə): 244 · Nəsx müshəfi (612 səhifə): 245.

Ayə 12:76 neçə sözdən ibarətdir?

Söz sayı: 33.

Ayə 12:76 neçə ərəb hərfindən ibarətdir?

Ayə 12:76: 122 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 12:76 Quranda harada yerləşir?

Ayə 12:76 Quranın 6,236 ayəsindən 1,672 nömrəlisidir.

Yusif surəsi neçə ayədir?

Yusif surəsi 111 ayədən ibarətdir. Quranda 114 surədən 12 nömrəlisidir.

Yusif surəsi Məkki, yoxsa Mədəni surədir?

Yusif surəsi Məkki kimi təsnif olunur.

Ayə 12:76 dinlənilə bilərmi?

Bəli. Ayə 12:76 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Yusif surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 111 ayə və 1,777 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play