Məzmuna keç

Bəqərə surəsi 2:102 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 102 nömrəli ayəsidir, Quranda 6236 ayədən 109 nömrəlidir, cüz 1. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 16.

وَٱتَّبَعُواْ مَا تَتۡلُواْ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلۡكِ سُلَيۡمَٰنَۖ وَمَا كَفَرَ سُلَيۡمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُواْ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحۡرَ وَمَآ أُنزِلَ عَلَى ٱلۡمَلَكَيۡنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَۚ وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Onlar Süleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. (Halbuki) Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (O iki mələk:) “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!

2:102 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:102 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:102

Al-Mukhtasar

Yəhudilər Allahın dinini tərk edib əvəzində Allahın peyğəmbəri Süleymanın (Əleyhissalam) səltənətinə dair şeytanların uydurduqları yalanlara tabe oldular. Belə ki, yəhudilər Süleymanın səltənəti sehr vasitəsi ilə əldə etdiyini idda edirdilər. Halbuki, Süleyman yəhudilərin idda etdikləri kimi sehr etməklə kafir olmadı, əksinə şeytanlar İraqın Babil şəhərindəki insanları imtahan etmək üçün göndərdiyimiz Harut və Marut adlı iki mələyə nazil olan sehri insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz insanları imtahan etmək üçün göndərilmişik, sən gəl bu sehr öyrənməklə kafir olma!" – deyib insanları sehr öyrənməkdən çəkindirməzdən əvvəl heç kəsə sehr öyrətmirdilər. Kim bu iki mələyin nəsihətini qəbul etmədisə onlardan sehr, o cümlədən də ər-arvadı ayıran və onların arasında nifaq salan növlərini öyrənirdilər. Lakin sehrbazlar Allahın izni və istəyi olmadan heç kəsə zərər verə bilməzlər. Yəhudilər ancaq özlərinə faydası olmayan zərərli şeyləri öyrənirdilər. Yəhudilər Allahın kitabını sehrlə əvəz edənlərin axirətdə heç bir payı olmadığını yaxşı bilirlər. Onlar sehri Allahın vəhynə və şəriətinə dəyişib nəfslərini satın aldıqları iş necə də pisdir. Əgər onlar özlərinə fayda verən şeyi bilsəydilər belə çirkin və açıq-aydın azğınlıq yoluna cürət etməzdilər.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
1
Söz sayı
74
Mədinə müshəfi (604 səhifə)
16
İndoPak müshəfi (610 səhifə)
16
Nəsx müshəfi (612 səhifə)
17
Ayə 2:102 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:102 hansı cüzdədir?

Cüz: 1.

Ayə 2:102 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 16 · İndoPak müshəfi (610 səhifə): 16 · Nəsx müshəfi (612 səhifə): 17.

Ayə 2:102 neçə sözdən ibarətdir?

Söz sayı: 74.

Ayə 2:102 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:102: 302 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:102 Quranda harada yerləşir?

Ayə 2:102 Quranın 6,236 ayəsindən 109 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:102 dinlənilə bilərmi?

Bəli. Ayə 2:102 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play