Bəqərə surəsi 2:185 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 185 nömrəli ayəsidir, Quranda 6236 ayədən 192 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 28.
شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəməz, (əksinə), sizin üçün asanlıq istəyər. Allah istəyir ki, siz (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
2:185 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:185
Al-Mukhtasar
Quranın peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olması Ramazan ayının qədir gecəsində başlamışdır. Allah bu Quranı insanlara doğru yolu göstərmək üçün nazil etmişdir. Quran da doğru yolu göstərən və haqqı batildən ayırd edənin açıq-aydın dəlillər vardır. Kim bu aya yerli və sağlam olaraq yetişərsə, onun, həmin ayda oruc tutması vacibdir. Xəstəliyi üzündən oruc tutmağa çətinlik çəkən yaxud bu ayda müsafir olan kimsə orucunu aça bilər. Əgər bu səbəbdən orucunu açarsa, iftar etdiyi günləri qəza etməsi vacibdir. Allah sizin üçün qoyduğu bu şəriətlə sizə çətinlik deyil, asanlıq istər ki, siz oruc ayının bütün günlərini tamamlayasınız və ramazan ayının sonunda və bayram günündə Allah sizi bu ayı kamil olaraq oruc tutmağa müvəffəq və yardım etdiyi üçün Onun şəninə təkbirlər deyəsiz. Bəlkə siz, Allahın sizi razı olduğu dinə yönəltdiyi üçün Ona şükür edəsiniz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 2
- Söz sayı
- 44
- Mədinə müshəfi (604 səhifə)
- 28
- İndoPak müshəfi (610 səhifə)
- 28
- Nəsx müshəfi (612 səhifə)
- 29
Ayə 2:185 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:185 hansı cüzdədir?
Cüz: 2.
Ayə 2:185 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 28 · İndoPak müshəfi (610 səhifə): 28 · Nəsx müshəfi (612 səhifə): 29.
Ayə 2:185 neçə sözdən ibarətdir?
Söz sayı: 44.
Ayə 2:185 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:185: 185 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:185 Quranda harada yerləşir?
Ayə 2:185 Quranın 6,236 ayəsindən 192 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:185 dinlənilə bilərmi?
Bəli. Ayə 2:185 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.