Məzmuna keç

Bəqərə surəsi 2:187 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 187 nömrəli ayəsidir, Quranda 6236 ayədən 194 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 29.

أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ

Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin (oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə) özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün (əzəldən) təqdir etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.

2:187 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:187 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:187

Al-Mukhtasar

İslamın əvvəl vaxtında, kişi oruc gecəsi yatıb sonra da fəcrdən qabaq yuxudan oyansaydı ona yemək, içmək və ailəsinə yaxınlıq etmək haram idi. Ey Möminlər! Allah bu hökmü nəsx edib və sizə oruc gecələrində qadınlarınıza yaxınlıq etməyi halal etdi. Onlar sizin örtüyünüz və iffətinizdir, sizdə onların örtüyü və iffətisiniz. Siz daima biri-birinizə möhtacsınız. Allah sizin öz nəfslərinizə xəyanət edərək, sizi qadağan etdiyi əməli etmənizi bilir. Allah sizə rəhm edib, tövbənizi qəbul etdi və bu hökmü sizin üçün yüngülləşdirdi. İndi isə qadınlarınıza yaxınlaşın və onlara, Allahın qədər olaraq yazdığı züryət istəyərək yaxınlıq etdin. Dan yeri sökülənə, fəcrin ağlığı gecənin qaranlığından seçilənə qədər bütün gecəni yeyin-için. Sonra fəcirin vaxtı daxil olandan ta günəş batana qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman qadınlara yaxınlıq etməyin. Çünki bu etikafı batil edir. Yuxarıda qeyd edilən bu hökmlər, halal ilə haram arasında olan Allahın hüdudlarıdır, bu hüdudlara heç vaxt yaxın durmayın. Kim Allahın hüdudlarına yaxınlaşarsa harama düşməsinə az qalar. Allah belə açıq-aydın hökmlərlə Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar əmr olunan işləri etməklə və qadağan olunan işləri isə tərk etməklə Allahdan qorxalar.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
65
Mədinə müshəfi (604 səhifə)
29
İndoPak müshəfi (610 səhifə)
28
Nəsx müshəfi (612 səhifə)
29
Ayə 2:187 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:187 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:187 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 29 · İndoPak müshəfi (610 səhifə): 28 · Nəsx müshəfi (612 səhifə): 29.

Ayə 2:187 neçə sözdən ibarətdir?

Söz sayı: 65.

Ayə 2:187 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:187: 281 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:187 Quranda harada yerləşir?

Ayə 2:187 Quranın 6,236 ayəsindən 194 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:187 dinlənilə bilərmi?

Bəli. Ayə 2:187 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play