Maidə surəsi 5:3 المائدة
Bu, Maidə surəsinin 120 ayəsindən 3 nömrəli ayəsidir, Quranda 6236 ayədən 672 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 107.
حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (ağac, daş və s. bu kimi şeylərlə) vurulub öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – ölməmiş kəsdikləriniz müstəsnadır – dik qoyulmuş daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Elə isə onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qalıb, günaha meyl etmədən, (haram edilmiş ətlərdən) yeyərsə, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
5:3 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 5:3
Al-Mukhtasar
Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq ölmüş, vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub ölmüş, aslan, pələng və canavar kimi yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş heyvanlar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal oxları ilə qeybdən qismət axtarıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın itaətindən çıxmaq deməkdir. Bu gün kafirlər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdilər. Elə isə siz onlardan qorxmayın, yalnız Məndən qorxun. Bu gün dininiz İslamı sizin üçün kamil etdim, sizə olan aşkar və gizli nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qalarsa, günaha meyl etməyərək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çünki Allah bağışlayandır, rəhmlidir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 6
- Söz sayı
- 61
- Mədinə müshəfi (604 səhifə)
- 107
- İndoPak müshəfi (610 səhifə)
- 107
- Nəsx müshəfi (612 səhifə)
- 108
Ayə 5:3 hansı surədədir?
Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.
Ayə 5:3 hansı cüzdədir?
Cüz: 6.
Ayə 5:3 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 107 · İndoPak müshəfi (610 səhifə): 107 · Nəsx müshəfi (612 səhifə): 108.
Ayə 5:3 neçə sözdən ibarətdir?
Söz sayı: 61.
Ayə 5:3 neçə ərəb hərfindən ibarətdir?
Ayə 5:3: 276 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 5:3 Quranda harada yerləşir?
Ayə 5:3 Quranın 6,236 ayəsindən 672 nömrəlisidir.
Maidə surəsi neçə ayədir?
Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.
Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?
Maidə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 5:3 dinlənilə bilərmi?
Bəli. Ayə 5:3 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.