Mümtəhinə surəsi 60:1 الممتحنة
Bu, Mümtəhinə surəsinin 13 ayəsindən 1 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5151 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 549.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi özünüzə dost tutmayın). Siz onlara gizlincə sevgi bəsliyirsiniz (sirrinizi açıb onlara deyirsiniz). Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, artıq haqq yoldan azmışdır!
60:1 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 60:1
Al-Mukhtasar
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Peyğəmbəriniz vasitəsilə sizə təbliğ edilən dini inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib onlarla dostluq edəsiniz. Siz sadəcə Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuz Məkkədən qovub çıxardır, nə əqrəbalıq, nə də qohumluq bağlarınıza məhəl qoyurlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlarla dostluq etməyin. Siz onlara mehribanlıq göstərib gizlində müsəlmanların işləri barədə onlara xəbər verirsiniz, halbuki Mən sizin bundan gizli saxladığınızı da, aşkara çıxardığınızı da bilirəm. Bundan və ya başqasından heç bir şey Məndən gizli qalmaz. Sizlərdən kim kafirlərlə dostluq etsə və onlara mehribanlıq göstərsə, orta yoldan sapar, haqdan azmış olar və doğru əməldən uzaqlaşar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 48
- Mədinə müshəfi (604 səhifə)
- 549
- İndoPak müshəfi (610 səhifə)
- 549
- Nəsx müshəfi (612 səhifə)
- 550
Ayə 60:1 hansı surədədir?
Mümtəhinə surəsi (الممتحنة). Surə 60 / 114 · 13 ayə.
Ayə 60:1 hansı cüzdədir?
Cüz: 28.
Ayə 60:1 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 549 · İndoPak müshəfi (610 səhifə): 549 · Nəsx müshəfi (612 səhifə): 550.
Ayə 60:1 neçə sözdən ibarətdir?
Söz sayı: 48.
Ayə 60:1 neçə ərəb hərfindən ibarətdir?
Ayə 60:1: 219 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 60:1 Quranda harada yerləşir?
Ayə 60:1 Quranın 6,236 ayəsindən 5,151 nömrəlisidir.
Mümtəhinə surəsi neçə ayədir?
Mümtəhinə surəsi 13 ayədən ibarətdir. Quranda 114 surədən 60 nömrəlisidir.
Mümtəhinə surəsi Məkki, yoxsa Mədəni surədir?
Mümtəhinə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 60:1 dinlənilə bilərmi?
Bəli. Ayə 60:1 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Mümtəhinə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 13 ayə və 348 söz, həmin mətndən yaradılır.