Rəd surəsi 13:16 الرعد
Bu, Rəd surəsinin 43 ayəsindən 16 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1723 nömrəlidir, cüz 13. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 251.
قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ قُلِ ٱللَّهُۚ قُلۡ أَفَٱتَّخَذۡتُم مِّن دُونِهِۦٓ أَوۡلِيَآءَ لَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ نَفۡعٗا وَلَا ضَرّٗاۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ أَمۡ هَلۡ تَسۡتَوِي ٱلظُّلُمَٰتُ وَٱلنُّورُۗ أَمۡ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلۡقِهِۦ فَتَشَٰبَهَ ٱلۡخَلۡقُ عَلَيۡهِمۡۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖ وَهُوَ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّٰرُ
(Ey Peyğəmbər!) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verə bilənlərimi özünüzə dost tutursunuz?!” De: “Heç korla görən eyni ola bilərmi?! Yaxud zülmətlə nur eyni ola bilərmi?!” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər qəbul etdilər və (bu) yaradılış onlara bənzər göründü?! De: “Hər şeyin xaliqi Allahdır. O, Vahiddir, (hər şeyə) Qalib gələndir”.
13:16 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 13:16
Al-Mukhtasar
Ey Peyğəmbər! Allahla yanaşı başqalarına ibadət edən kafirlərə de: "Göylərin və yerin Xaliqi və onları idarə edən kimdir?!". Ey Peyğəmbər! onlara de: "Göyləri və yeri yaradan da, onları idarə edən də Allahdır. Siz özünüz də bunu etiraf edirsiniz!". Ey Peyğəmbər! Onlara de: "Məgər siz Allahı qoyub, özlərinə nə bir fayda verməyə, nə də bir zərəri özündən uzaqlaşdırmağa qadır olan aciz bütləri özünüzə ilahmı qəbul edirsiniz? Axı özlərinə bir xeyir verməyə qadir olmayanlar, sizə necə yardım edə bilərlər?!". Ey Peyğəmbər! Onlara de: "Bəsirət gözü bağlı olan kafir kimsə, bəsirət gözü açıq olub haqq yolda olan mömin kimsə ilə eyni ola bilərmi?! Yaxud zülmətlər içərisində olan küfürlə, nur işərisində olan iman eyni ola bilərmi?! Yoxsa onlar məxluqatdan özlərinə, Uca Allahın yaratdığı kimi yaradan şəriklər tapdılar, onu Allaha ortaqmı qoşurlar?! Yoxsa onların nəzərində Allahın yaratdığı ilə şərik qoşduqlarının yaratdıqları bir-birinə qarışmışdır?!". Ey Peyğəmbər! Onlara de: "Hər şeyi yaradan yalnız tək olan Allahdır. Bu məxluqatı yaratmaqda Onun heç bir şəriki yoxdur. O, üluhiyyətdə və ibadətə layiq olmaqda təkdir. O, yalnız Ona ibadət olunmağa layiqdir və O, hər şeyə Qalib gələndir!"
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 13
- Söz sayı
- 45
- Mədinə müshəfi (604 səhifə)
- 251
- İndoPak müshəfi (610 səhifə)
- 251
- Nəsx müshəfi (612 səhifə)
- 252
Ayə 13:16 hansı surədədir?
Rəd surəsi (الرعد). Surə 13 / 114 · 43 ayə.
Ayə 13:16 hansı cüzdədir?
Cüz: 13.
Ayə 13:16 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 251 · İndoPak müshəfi (610 səhifə): 251 · Nəsx müshəfi (612 səhifə): 252.
Ayə 13:16 neçə sözdən ibarətdir?
Söz sayı: 45.
Ayə 13:16 neçə ərəb hərfindən ibarətdir?
Ayə 13:16: 181 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 13:16 Quranda harada yerləşir?
Ayə 13:16 Quranın 6,236 ayəsindən 1,723 nömrəlisidir.
Rəd surəsi neçə ayədir?
Rəd surəsi 43 ayədən ibarətdir. Quranda 114 surədən 13 nömrəlisidir.
Rəd surəsi Məkki, yoxsa Mədəni surədir?
Rəd surəsi Mədəni kimi təsnif olunur.
Ayə 13:16 dinlənilə bilərmi?
Bəli. Ayə 13:16 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Rəd surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 43 ayə və 853 söz, həmin mətndən yaradılır.