Rəd surəsi 13:17 الرعد
Bu, Rəd surəsinin 43 ayəsindən 17 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1724 nömrəlidir, cüz 13. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 251.
أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَالَتۡ أَوۡدِيَةُۢ بِقَدَرِهَا فَٱحۡتَمَلَ ٱلسَّيۡلُ زَبَدٗا رَّابِيٗاۖ وَمِمَّا يُوقِدُونَ عَلَيۡهِ فِي ٱلنَّارِ ٱبۡتِغَآءَ حِلۡيَةٍ أَوۡ مَتَٰعٖ زَبَدٞ مِّثۡلُهُۥۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡحَقَّ وَٱلۡبَٰطِلَۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذۡهَبُ جُفَآءٗۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمۡكُثُ فِي ٱلۡأَرۡضِۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ
(Allah) göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış köpüyü götürüb aparır. Bəzək şeyləri və ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Allah belə misallar çəkir!
13:17 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 13:17
Al-Mukhtasar
Uca Allah batilin fani, haqqın isə əbədi qalacağını, göydən yağan yağış suyunun, vadilərin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq hər bir vadi ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axmasını misal çəkir. Bu sel suyu üzə çıxmış çör-çöpü və köpüyü götürüb aparır. Uca Allah insanların bəzək əşyaları düzəltmək üçün od üzərində qızdırıb əritdikləri qiymətli mədənlərin üzərində köpüyün olmasınıda misal çəkir. Allah bu iki misalı haqqı batildən ayırd etmək üçün çəkir. Batil, suyun üzərində olan çör-çöp, köpük və odun əritdiyi mədənin üzərində olan pas kimidir. Haqq isə, meyvə, ot və əkinlər bitirən, içməli, pak və təmiz su kimidir. Həmçinin qiymətli mədəni əritdikdən sonra insanların qab-qacaq düzəldib ondan faydalanması kimidir. Allah bu iki misalı çəkdiyi kimi, haqqı batildən ayırd etmək üçün insanlara daha neçə-neçə belə misallar çəkir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 13
- Söz sayı
- 42
- Mədinə müshəfi (604 səhifə)
- 251
- İndoPak müshəfi (610 səhifə)
- 251
- Nəsx müshəfi (612 səhifə)
- 252
Ayə 13:17 hansı surədədir?
Rəd surəsi (الرعد). Surə 13 / 114 · 43 ayə.
Ayə 13:17 hansı cüzdədir?
Cüz: 13.
Ayə 13:17 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 251 · İndoPak müshəfi (610 səhifə): 251 · Nəsx müshəfi (612 səhifə): 252.
Ayə 13:17 neçə sözdən ibarətdir?
Söz sayı: 42.
Ayə 13:17 neçə ərəb hərfindən ibarətdir?
Ayə 13:17: 180 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 13:17 Quranda harada yerləşir?
Ayə 13:17 Quranın 6,236 ayəsindən 1,724 nömrəlisidir.
Rəd surəsi neçə ayədir?
Rəd surəsi 43 ayədən ibarətdir. Quranda 114 surədən 13 nömrəlisidir.
Rəd surəsi Məkki, yoxsa Mədəni surədir?
Rəd surəsi Mədəni kimi təsnif olunur.
Ayə 13:17 dinlənilə bilərmi?
Bəli. Ayə 13:17 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Rəd surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 43 ayə və 853 söz, həmin mətndən yaradılır.