Bəqərə surəsi 2:229 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 229 nömrəli ayəsidir, Quranda 6236 ayədən 236 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 36.
ٱلطَّلَٰقُ مَرَّتَانِۖ فَإِمۡسَاكُۢ بِمَعۡرُوفٍ أَوۡ تَسۡرِيحُۢ بِإِحۡسَٰنٖۗ وَلَا يَحِلُّ لَكُمۡ أَن تَأۡخُذُواْ مِمَّآ ءَاتَيۡتُمُوهُنَّ شَيۡـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيۡهِمَا فِيمَا ٱفۡتَدَتۡ بِهِۦۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعۡتَدُوهَاۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ
Boşama iki dəfədir. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.
2:229 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:229
Al-Mukhtasar
Ər, sahib olduğu talaqın sayı ikidir. Belə ki, ər, talaq verir sonra qaytarır, sonra talaq verir yenə də qaytarır. İki talaq bitdikdən sonra ər zövcəsini öz ismətində şəriətə müvafiq qayda üzrə saxlamalı yaxud zövcəsinə xoş münasibət göstərib və onun haqlarını verdikdən sonra üçüncü dəfə talaq verməlidir. -Ey Ərlər- Zövcələrinizə mehr olaraq verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız qadın ərinin əxlaqından yaxud zahiri görnüşündən xoşlanmazsa və ər-arvad bu xoşlanmamanın səbəbindən biri-birilərinin üzərinə düşən haqları verə bilməyəcəklərini zənn edərlərsə bu zaman bunu yaxın qohum-əqrəbasına yaxud da ki, başqa bir kimsəyə ərz etsinlər. Əgər kişi və qadın tərəfi, onların biri-birinə qarşı olan ailə haqlarını yerinə yetirə yetiməyəcəklərindən qorxsalar, bu zaman qadın, əri onu boşanması üçün ərinə əvəz olaraq bir şey verməsində ikisinə də heç bir günah yoxdur. Bu şəri hökmlər, halal və haram arasını ayırd edən hökmlərdir bu hökmləri aşmayın! Kim Allahın halal və haram arasında olan hüdudlarını aşarsa, məhz onlar, özlərini həlaka, Allahın qəzəbinə və əzabına sürüklədikləri üçün zalımlardır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 2
- Söz sayı
- 46
- Mədinə müshəfi (604 səhifə)
- 36
- İndoPak müshəfi (610 səhifə)
- 36
- Nəsx müshəfi (612 səhifə)
- 37
Ayə 2:229 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:229 hansı cüzdədir?
Cüz: 2.
Ayə 2:229 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 36 · İndoPak müshəfi (610 səhifə): 36 · Nəsx müshəfi (612 səhifə): 37.
Ayə 2:229 neçə sözdən ibarətdir?
Söz sayı: 46.
Ayə 2:229 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:229: 191 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:229 Quranda harada yerləşir?
Ayə 2:229 Quranın 6,236 ayəsindən 236 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:229 dinlənilə bilərmi?
Bəli. Ayə 2:229 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.