Bəqərə surəsi 2:275 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 275 nömrəli ayəsidir, Quranda 6236 ayədən 282 nömrəlidir, cüz 3. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 47.
ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar.
2:275 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:275
Al-Mukhtasar
Uca Allah müsəlmanları öz aralarında biri-birilərinə yardım etmələri üçün Allah yolunda xərcləməyə rəğbətləndirdikdən sonra, bunun əksi olan sələm ilə müamələ etməkdən çəkindirərək demişdir:
Sələmlə müamələ edib onu alanlar Qiyamət günü qəbirlərindən şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. O, qəbrindən qalxdıqda, özündən gedən insan kimi gah yıxılaraq, gah da ki, ayaq üstə duraraq qalxar. Bu, onların özlərinə sələm yeməyi halal etdikləri və sələm ilə Allahın halal etdiyi alış-verişin arasında fərq qoymadan: "Alış-veriş də halallıq baxımından sələmçilik kimidir və sonda hər ikisi də malı artırıb çoxaldır!"– demələrinə görə idi. Allah onların bu iddialarını rədd edib, etdikləri müqayisəni batil və dedikləri sözün isə yalan olduğunu bildirmişdir. Uca Allah alış-verişdə ümumi və xüsusi mənfəətlər olduğu üçün onu halal, sələmçiliyin isə zülm və insanların mallarını heç bir qarşılıqsız, batil yolla yemək olduğunu bəyan etmişdir. Hər kim özünə, Rəbbindən sələmin qadağan olması xəbəri gəldikdən sonra sələmçiliyə son qoyub və ondan Allaha tövbə edərsə, keçmişdə aldığı sələmlər ona bağışlanar, buna görə ona günah olmaz və bundan sonra gələcəkdə onun işi Allaha aid olar. Kim də özünə, Allahın sələmi qadağan etdiyi xəbəri çatdıqdan sonra və bunun haram olduğunu bildiyi halda yenidən sələmə qayıdarsa, o, Cəhənnəmə daxil olmağa və orada əbədi qalmağa layiq görülər. Cəhənnəmdə əbədi qalmaq dedikdə, burada sələmin halal olduğunu idda edərək yeyən, yaxud orada əbədi deyil, üzün müddət qalmaq nəzərdə tutulur. Çünki Cəhənnəmdə əbədi olaraq yalnız kafirlər qalacaqlar. Amma tövhid əhli orada əbədi qalmazlar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 3
- Söz sayı
- 45
- Mədinə müshəfi (604 səhifə)
- 47
- İndoPak müshəfi (610 səhifə)
- 47
- Nəsx müshəfi (612 səhifə)
- 48
Ayə 2:275 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:275 hansı cüzdədir?
Cüz: 3.
Ayə 2:275 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 47 · İndoPak müshəfi (610 səhifə): 47 · Nəsx müshəfi (612 səhifə): 48.
Ayə 2:275 neçə sözdən ibarətdir?
Söz sayı: 45.
Ayə 2:275 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:275: 186 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:275 Quranda harada yerləşir?
Ayə 2:275 Quranın 6,236 ayəsindən 282 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:275 dinlənilə bilərmi?
Bəli. Ayə 2:275 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.