Nisa surəsi 4:46 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 46 nömrəli ayəsidir, Quranda 6236 ayədən 539 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 86.
مِّنَ ٱلَّذِينَ هَادُواْ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعۡنَا وَعَصَيۡنَا وَٱسۡمَعۡ غَيۡرَ مُسۡمَعٖ وَرَٰعِنَا لَيَّۢا بِأَلۡسِنَتِهِمۡ وَطَعۡنٗا فِي ٱلدِّينِۚ وَلَوۡ أَنَّهُمۡ قَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَا وَٱسۡمَعۡ وَٱنظُرۡنَا لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَقۡوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا
Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və “raina! (bizə qayğı göstər!)" – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik”, “eşit” və “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, (bu) onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onların yalnız az bir qismi iman gətirər.
4:46 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:46
Al-Mukhtasar
Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəddua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər onlar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşitdik və əmrinə itaət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– desəydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən daha xeyirli və daha ədalətli olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 5
- Söz sayı
- 38
- Mədinə müshəfi (604 səhifə)
- 86
- İndoPak müshəfi (610 səhifə)
- 85
- Nəsx müshəfi (612 səhifə)
- 86
Ayə 4:46 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:46 hansı cüzdədir?
Cüz: 5.
Ayə 4:46 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 86 · İndoPak müshəfi (610 səhifə): 85 · Nəsx müshəfi (612 səhifə): 86.
Ayə 4:46 neçə sözdən ibarətdir?
Söz sayı: 38.
Ayə 4:46 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:46: 176 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:46 Quranda harada yerləşir?
Ayə 4:46 Quranın 6,236 ayəsindən 539 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:46 dinlənilə bilərmi?
Bəli. Ayə 4:46 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.