Mümtəhinə surəsi 60:4 الممتحنة
Bu, Mümtəhinə surəsinin 13 ayəsindən 4 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5154 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 549.
قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəm. Lakin Allahdan sənə gələn əzabı dəf edə bilməyəcəm!”– deməsi müstəsnadır. (Onlar belə dedilər:) “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.
60:4 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 60:4
Al-Mukhtasar
Ey möminlər! İbrahim -əleyhissalam- və onunla birlikdə olan möminlərdə sizin üçün gözəl bir nümunə vardır. Onlar öz kafir qövmünə demişdilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız bütlərdən uzağıq. Biz sizin dininizi inkar edirik. Siz tək olan Allaha iman gətirib heç kəsi Ona şərik qoşmayanadək bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Siz də, (ey möminlər) onlar kimi öz kafir qövmünüzdən uzaq olmalısınız. Yalnız İbrahimin -əleyhissalam- öz atasına: “Mən sənin üçün Allahdan mütləq bağışlanma diləyəcəyəm"- deməsi istisnadır. Siz onun kimi deməyin. Çünki bu hadisə, İbrahimin -əleyhissalam- öz atasının iman gətirməsindən ümidini üzməmişdən əvvəl baş vermişdir. Mömin kimsə müşrik üçün bağışlanma diləyə bilməz. (İbrahim əleyhissalam davam edib dedi:) "Lakin Allahdan sənə gələn əzabdan heç bir şeyi dəf edə bilməyəcəm!” (Onlar dedilər:) “Ey Rəbbimiz! Biz bütün işlərimizdə yalnız Sənə təvəkkül edir və tövbə edərək yalnız Sənə üz tuturuq. Qiyamət günü də dönüş yalnız Sənədir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 52
- Mədinə müshəfi (604 səhifə)
- 549
- İndoPak müshəfi (610 səhifə)
- 549
- Nəsx müshəfi (612 səhifə)
- 550
Ayə 60:4 hansı surədədir?
Mümtəhinə surəsi (الممتحنة). Surə 60 / 114 · 13 ayə.
Ayə 60:4 hansı cüzdədir?
Cüz: 28.
Ayə 60:4 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 549 · İndoPak müshəfi (610 səhifə): 549 · Nəsx müshəfi (612 səhifə): 550.
Ayə 60:4 neçə sözdən ibarətdir?
Söz sayı: 52.
Ayə 60:4 neçə ərəb hərfindən ibarətdir?
Ayə 60:4: 219 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 60:4 Quranda harada yerləşir?
Ayə 60:4 Quranın 6,236 ayəsindən 5,154 nömrəlisidir.
Mümtəhinə surəsi neçə ayədir?
Mümtəhinə surəsi 13 ayədən ibarətdir. Quranda 114 surədən 60 nömrəlisidir.
Mümtəhinə surəsi Məkki, yoxsa Mədəni surədir?
Mümtəhinə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 60:4 dinlənilə bilərmi?
Bəli. Ayə 60:4 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Mümtəhinə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 13 ayə və 348 söz, həmin mətndən yaradılır.